26 oktyabr 2022 16:27
375

ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında Saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.