27 oktyabr 2022 16:18
574

Hikmət Hacıyev İsrail səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail səfiri Corc Diklə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail səfiri "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə ikitərəfli və regional məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb.