Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.
Bu barədə “İki sahil”ə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cari ilin sentyabr ayında bəzi kütləvi informasiya vasitələrində Mingəçevir Dövlət Dram Teatrında baş verən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərc olunub: "Müvafiq məsələ Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nəzarətə götürülüb və yerində xidməti araşdırma aparılıb. Araşdırma nəticəsində teatrın fəaliyyətində aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir”.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib. (APA)
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu