28 oktyabr 2022 11:26
515

Azərbaycanın Baş naziri Kasım-Jomart Tokayevlə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Bu barədə "İki sahil"ə Nazirlər Kabinetindən məlumat verilib.

Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.