Qazaxıstanın Almatı şəhərində təşkil olunan Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında ölkəmiz də təmsil olunur.
“İki sahil” xəbər verir ki, ölkəmizi bu festivalda Dövlət “Yuğ” Teatrı təmsil edir.
Festivalın açılış mərasimində teatrın baş rejissoru Mikayıl Mikayılov və ədəbi dram hissəsinin rəhbəri Elçin Cəfərov iştirak ediblər.
Festival çərçivəsində noyabrın 4-də “Yuğ” teatrının “Kloun Bizzz” tamaşası nümayiş olunacaq.
Tamaşada teatrın sənətçiləri Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva və Natəvan Qeybani çıxış edəcəklər.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu