Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:
- dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması;
- dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması;
- iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması;
- iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması;
- sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi;
- yeni iş yerlərinin yaradılması, habelə regionların tarazlı inkişaf imkanlarının təmin olunması;
- rəqabətqabiliyyətli məhsul ixracının artırılması;
- iqtisadiyyatda səmərəliliyin və şəffaflığın yüksəldilməsi.
Dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Səlahiyyətli orqan müəyyən funksiyalara malikdir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb