"Biz Ermənistanın zülmünün şahidi olduq. Füzulidən Şuşaya qədər nələr edilib, yerlə bir edilib".
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşaya səfəri çərçivəsində bildirib.
O qeyd edib ki, azərbaycanlıların qovulduğu ərazilərdə ot belə bitmirdi və bütün dünya bunun şahidi olmalıdır.
Oktay, həmçinin azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərindən çox məmnun olduğunu bildirib.
Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb