05 noyabr 2022 17:23
350

MSK sədrinə yeni səlahiyyət verilib

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu Mərkəzi Seçki Komissiyası adından MSK sədri – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri tərtib ediləcək.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.