09 noyabr 2022 18:17
704

Petkim doqquz ayda 5,8 milyard lirə xalis mənfəət əldə edib

Petkim 2022-ci ilin doqquz ayında ötən ilin eyni dövrünə görə 48 faiz artımla 5,8 milyard lirə  xalis mənfəət əldə edib. Məhsul satışı isə ötən ilin doqquz aylıq dövrü ilə müqaisədə 109 faiz artaraq 40,0 milyard lirəyə çatıb.

“SOCAR Türkiyə”dən “İki sahil”ə verilən məlumata görə, istehsal gücünün davamlılığını təmin etmək üçün bu il Petkim-ə 1,7 milyard lirə sərmayə qoyulub.

Bütün dünyada azalan mənfəət marjaları və neft-kimya xammalı qiymətlərindəki artım Star Neft Emalı Zavodu inteqrasiyası və optimallaşdırma işləri ilə üstünlüyə çevrilib.