21 noyabr 2022 15:38
1358

İran nəhayət başa düşdü ki, sərsəm açıqlamlarla Azərbaycan dövlətinin iradəsinə təsir etmək mümkün deyil - Sahil Kərimli

İran Azərbaycanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, Ermənistana dəstəyi dayandırmalıdır

Əgər İranın Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti öz açıqlamalarında həqiqətən səmimidirsə, rəsmi Tehran Ermənistana dəstək verməkdən çəkinməli, Azərbaycanla münasibətlərin normallaşmasına nail olmalı, ölkəmizin ərazi bötüvlüyünə hörmətlə yanaşmalıdır. Yalnız bu halda bölgədə sülhdən, təhlükəsizlikdən və dostluqdan danışmaq olar.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

"Cənub qonşumuz İran nəhayət başa düşür ki, Azərbaycanla hədə-qorxu və ya güc dili ilə danışmaq yolverilməzdir. İran rəhbərliyi anlayır ki, sərhədlərimizdə təlimlər keçirərək şou yaratmaq, sərsəm siyasi açıqlamlar səsləndirməklə Azərbaycan dövlətinin iradəsinə təsir etmək mümkün deyil”, - deyə o, əlavə edib.

S.Kərimli vurğulayıb ki, bu açıqlama faktiki olaraq İran rəbhərliyinin geri çəkilməsidir.

Ermənistana siyasi dəstək vermək, Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilməsi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönələn hörmətsizlik İran rəhbərliyinin yol verdiyi ciddi səhvlərdir. Görünən odur ki, İranın siyasi rəhbərliyi bu addımların səhv olduğunu başa düşür

“Rəsmi Tehran gördü ki, Azərbaycanı təhdid etmək, hədələmək heç bir nəticə verməyəcək. Məlumdur ki, ölkələrimiz arasında yaranan gərginlikdə məsuliyyət birbaşa İranın üzərinə düşür. Azərbaycan daim İrana dost və qardaş münasibəti bəsləyib, yürütdüyü siyasətdə səmimi olub. Hətta Prezident İlham Əliyev Xudafərin körpüsnü dostluq körpüsü adlandırmışdı. Amma İran dövləti bu xoş məramı layiqincə dəyərləndirə bilmədi. Ermənistana siyasi dəstək vermək, Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilməsi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönələn hörmətsizlik İran rəhbərliyinin yol verdiyi ciddi səhvlərdir. Görünən odur ki, İranın siyasi rəhbərliyi bu addımların səhv olduğunu başa düşür. Buna görə də Azərbaycanla münasibətlərə həssas yanaşmağa qərar verilib", - deyə S.Kərimli əlavə edib.

S.Kərimli onu da qeyd edib ki, Qarabağın işğal edilməsində, sonrakı illərdə tarixi ərazilərimizin talan olunmasında İranın Ermənistana verdiyi dəstəyi Azərbaycan xalqı unutmayıb.

“Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrimizin erməni vandalları tərəfindən dağıdılmasına, məscidlərimizin təhqir edilməsinə İranın heç bir reaksiya verməməsini də yaxşı xatırlayırıq. İran eyni zamanda xalqımızın ermənilər tərəfindən qanlı soyqırım cinayətlərinə məruz qalmasına da göz yumub. Təəssüflər olsun ki, İran bu gün də terrorizmə, revanşist meyllərə dəstək verirərək Ermənistana himayədarlıq edir”, - deyə S.Kərimli əlavə edib.