23 noyabr 2022 17:01
771

“SOCAR Türkiyə” və “Turkcell” enerji sektorunda bir ilkə imza atıblar - FOTO

SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə”nin informasiya texnologiyaları baxışı “Turkcell”in texnoloji infrastrukturu ilə bir araya gələrək enerji sektorunda yeni zəmin yaradacaq bir əməkdaşlığa imza atıblar.

“İki sahil” xəbər verir ki, “SOCAR Türkiyə” bununla bağlı paylaşım edib.

Paylaşımda qeyd olunur ki, “SOCAR Türkiyə”nin Əliağa yarımadasındakı bütün obyektləri yalnız şirkət üçün qurulacaq baza stansiyaları ilə öz şəxsi mobil rabitə şəbəkəsindən istifadə edəcək: "Yeni layihə ilə səmərəli, çevik, genişləndirilə bilən və ən müasir infrastruktur təmin ediləcək. Əliağa yarımadasındakı “SOCAR Türkiyə”nin bütün obyektləri “Turkcell” ilə 5G-yə uyğunlaşdırılacaq."