26 noyabr 2022 12:53
474

XXI əsrin yeni nəsl hibrid silahları: İnternet təhlükəsizliyi/assimmetrik informasiya müharibələri

İnformasiyanın qorunması, informasiya təhlükəsizliyi məsələləri dövlətin əsas prioritetlərinə aid edilmişdir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

XXI əsrin yeni nəsl silahları, o cümlədən hibrid müharibələrinin strateji daşıyıcı vasitələri, bu gün  birbaşa hərbi qarşıdurma və münaqişələrin doğurduğundan daha kəskin və sarsıdıcı sonuclar törətməyə qadirdirlər. Onlar assimmetrik hibrid informasiya müharibələrini “uğurla” yeni çağın aktual gündəminə də çevirəbilmişdir.

Qloballaşan dünyada dövlətlərarası konfliktli situasiyalar, dondurulmuş münaqişələr, o cümlədən soyuq müharibələr digər sahələrdə olduğu kimi informasiya cəbhəsində də kiber hücumlarla müharibələrə, informasiyanın qorunmasına, onun təhlükəsizliyini bir nömrəli məsələ kimi gündəmə gətirmişdir. Həmçinin bu məsələ, “smart” internet platforma cinayətkalıqları ilə assimmetrik hibrid informasiya müharibələrinə qədər dərinləşmişdir.

 Burada ,əsas hədəf internetdə “sybersquitting” əməlləri adı altında (domen adlarının saxta profilləri ilə sui-istifadə, internet dələduzluğu), sosial şəbəkələrdə qeyri-qanuni “feyk” akauntlarla sosial-siyasi təxribatçılıq fəaliyyətləri, o cümlədən beynəlxalq “haker” hücumları, informasiya “terror”u vəs. nəzərdə tutulur.

 Bu yöndə get-gedə daha da azğınlaşan hibrid informasiya müharibələri, kibercinayətkarlıq aktlarının doğurabiləcəyi acı sonucları göz önünə gətirmişdir. Kiber məkan İnternetin gətirdiyi bütün innovativ yeniliklərlə yanaşı, onun neqativ trend və tendensiyalarını da sosial media üzərindən fərqli-fərqli platformalarda ictimai həyatımıza birmənalı qarşılanmayacaq  tərzdə öz “inklusiv”liyini (ictimai iştirakçılığı) daxil edəbilmişdir.

 Bu fəaliyyətlər əsasən, kiber hücum, kiber cinayətkarlıq, kiber hakerlik, kiber təhdit-təbliğat, şantaj və “qara piar” kompaniyaları, o cümlədən hibrid müharibələr şəklində özünü biruzə verməkdədir. Bu gün, bu məkanda qarşılaşdığımız “zərər”li və “zəhər”li kontentlər, spam dolu trend və tendensiyalı fəaliyyətlər xeyli dərəcədə nəzarətdən çıxmış görünür.

 Təhlil olunan bu neqativ fəaliyyətlər əsasən aşağıdakı elementlərlə müşaidə edilir:

- bank-maliyyə sektorunda haker hücumları ilə bank maliyyə hesabları və işləmlərini çökdürməklə;

- xarici kəşfiyyat sferasında milli istihbarat və təxribat yönlü iğtişaşla müşaiət olunan təfriqə və çaxnaşmalar salmaqla;

- biznes sferası və onun ayrı-ayrı strukturlarında kiber sobatajlar, feyk profillər, antireklam təbliğatlı fəaliyyətləri təşkil etməklə;

- hərbi sirr və müdafiə sferasında avtomatlaşdırılmış  təhlükəsizlik sistemlərinə kiber müdaxilələrlə;

- ictimai-siyasi sektorda sosial mediya üzərindən çirkin siyasi qara “piar” kompaniyaları aparmaqla, o cümlədən mədəni-mənəvi sferada qeyri etik davranışlar sərgiləyən əxlaq və “amoral porno”, onların şantaj mahiyyətli destruktiv/travmatik elementlərin xüsusi maraq və şəxsi möhtəkirlik məqsədləri üçün istifadəsi;

 Məsələnin həlli yolları:

- virtual məkanda informasiya təhlükəsizliyi, informasiyanın qorunması, internet cinayətkarlığı və durmadan mürəkkəbləşən sosial şəbəkələrin idarə olunması - hüquqi tənzimlənmə;

- xüsusi tədbiqi proqram vasitələri ilə kontur kibertəhlükəsizlik tədbirləri;

- artan təhdit və təhlükələrin vaxtında əməli tədbirlərlə qarşısının alınması;

- kritik tənzimləmə problemlərinin həll edilməsi;

 - rəqəmsal uçurumun aradan qaldırılması, rəqəmsal transformasiya siyasətini təmin edilməsi;

 - dərindən sahə islahatlarının aparılması;

- informasiya texnologiyaları infrastrukturunun liberallaşdırılması;

- tənzimləmə mexanizmlərinin yaradılması;

- bu sferada sağlam rəqabət mühitinin formalaşdırılması;

- aidiyyatı dövlət strukturlarının peşəkarlıq səviyyəsinin artırılması;

 - geniş və əhatəli texniki, təşkilati, hüquqi fəaliyyət proqramının işlənmısi, adekvat tədbirlərin görülməsi.

 Unutmayaq ki, kibertəhlükəsizlik məsələləri dövlətin əsas prioritetlərinə aid edilmişdir. Bu istiqamətdə strateji hədəflərə çatmaq üçün isə aidiyyatı dövlət qurumu öz peşəkarlıq səviyyəsini artırmağa məhkumdur.

 P.S. Sosial şəbəkə “SPAMLARI” öz mahiyyət kirliliyilə “ekoloji” kirlilikdən daha təhlükəli və öldürcüdür!

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert