29 noyabr 2022 19:27
832

SOCAR ilə Türkmənistanın “Türkmənqaz” və “Türkmənnebit” Dövlət konsernləri arasında əlaqələr genişlənir FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 29-da Türkmənistanın “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov və “Türkmənnebit” Dövlət Konserninin sədri Quvanc Aqacanov ilə görüşüb.

SOCAR-dan “İki sahil”ə bildirilib ki, görüşdə Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR ilə “Türkmənqaz” və “Türkmənnebit” Dövlət konsernləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, tərəflər arasında xam neftin emalı, ticarəti, nəqli və digər sahələrdə əməliyyatların müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub.

Görüşdə, həmçinin mövcud və perspektiv imkanlar müzakirə olunub, birgə əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.