29 noyabr 2022 23:11
390

Bu şirkət 265 milyon avro cərimələndi

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası "Meta" şirkətini 265 milyon avro cərimələyib.

“İki sahil” xəbər verir ki, buna səbəb isə feysbuk sosial şəbəkəsinin yarım milyarddan çox istifadəçisinin məlumat sızmasının qarşısının alınması üçün kifayət qədər səy göstərməməsi olub.

Bu Ümumi Məlumatların Qorunması Qaydasının bütün dövrü üçün üçüncü ən böyük cəzadır.

Qeyd edək ki, 2021-ci ilin iyulunda "Amazon" şirkəti rekord məbləğdə - 746 milyon avro cərimələnmişdi.