30 noyabr 2022 15:41
338

20 ildən sonra yenidən Sisse ilə

Seneqal millisini DÇ-2022-nin 1/8 finalına çıxaran baş məşqçi Aliu Sisse bu uğuru ikinci dəfədir yaşayır.

“İki sahil” xəbər verir ki, 2002-ci ildə ilk dəfə belə bir uğura imza atan Sisse o vaxt millinin kapitanı idi.

Beləliklə, kapitan kimi mundialın pley-offunda iştirak edən Aliu Siise 20 ildən sonra baş məşqçi kimi də bu sevinci yaşayıb.

Seneqal millisi 3-cü dəfədir dünya çempionatında iştirak edir. Komanda 2018-ci ildəki mundialda qrupdan çıxa bilməyib.

Qeyd edək ki, ötən gün Ekvadora 2:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksələn Seneqal bu mərhələdə İngiltərə ilə qarşılaşacaq. Oyun dekabrın 4-də keçiriləcək.