30 noyabr 2022 17:02
320

İranda "Mossad"ın xeyrinə casusluqda ittiham olunan şəxslər edama məhkum edilib

İranda “Mossad”a casusluq etməkdə ittiham olunan dörd nəfər edama məhkum olunub.

“İki sahil” xəbər verir ki, edama məhkum olunan şəxslər ötən ilin iyun ayında həbs olunublar.

Həmin şəbəkə üzvləri İsrail kəşfiyyat xidmətinə casusluq etmək, şəxsi və ictimai əmlakı oğurlayıb məhv etmək, insanları oğurlamaq və digər ittihamlarla edama məhkum olunub.

Edam hökmünü Ali Məhkəmə təsdiqləyib.