30 noyabr 2022 17:23
221

1 yaşına çatmamış uşağı olan qadınların işləməsi qadağan olunan peşələrin siyahısı hazırlanacaq

Nazirlər Kabinetinə hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin və həmin hissənin altıncı abzasına uyğun olaraq, hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahılarını və onların tətbiqi qaydalarını üç ay müddətində təsdiq etmək tapşırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fimzalayıb.

Nazirlər Kabineti bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.