30 noyabr 2022 18:00
417

Şişkin yanaqlardan necə xilas olmalı?

Dietoloq Mayk  Bol  şişkin yanaqlardan  qurtulmaq   üçün daha az duzdan istifadə etməyi  təklif edib.

Onun sözlərinə görə, üzünüzü daha incə etmək üçün  natrium qəbulunu azaltmaq lazımdır. Natrium maddəsi isə duzun tərkibində çox olur və bədəndə artıq suyun yığılmasına səbəb olur.   Bu da öz növbəsində arıqlama prosesini çətinləşdirir. Mayk Bol və fitnes məşqçisi Antoni  Jung "Eat This, Not That" məqaləsində  şişkin yanaqlardan  qurtulmağın yollarını göstəriblər.

Bolun fikrincə, əksər hallarda birtərəfli  arıqlamaq mümkün deyil. Çünki pəhrizdə olarkən  bütün bədən eyni şəkildə çəki itirir.  Bununla belə,orqanizmin müəyyən nahiyələrində, xüsusən də sifətdə lokallaşdırılmış piyləri  olan insanlar var. Daha aydın üz konturunu əldə etmək üçün dietoloq sadə qaydalara riayət etməyi tövsiyə edir.

Mütəxəssis, həmçinin kərəviz, yerkökü, qarpız, kahı, xiyar, sitrus meyvələri, alma və ananas kimi liflə zəngin olan az kalorili qidalardan daha çox istifadə etməyi də məsləhət görür. Onun fikrincə, daha effektiv arıqlamaq üçün onları pəhrizə əlavə etmək lazımdır. Bundan əlavə,  kalori balansını  izləmək  ilə yanaşı, həm də  mümkün qədər çox bitki qidalarını rasionunuza salmaq məsləhətlidir.

Üz nahiyəsində artıq çəkidən xilas olmaq üçün fitness məşqçisi Antoni J. Jung həftədə iki-üç dəfə kardio və ağırlıq məşqləri etməyi təklif edib. Onun sözlərinə görə, gündəlik rejim  rasionunun 80 %-i  sağlam qidalardan ibarətdirsə,  qalan 20 faizində isə özünüzü sevdiyiniz delikateslərlə sevindirə bilərsiniz. Lakin  yarımfabrikatlardan mütləq  imtina etmək lazımdır.

Samirə Tağıyeva, “İki sahil”