30 noyabr 2022 20:35
808

DÇ-2022: Avstraliya millisi Danimarka ilə oyunda hesabı açıb YENİLƏNİB

Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda ilk qol vurulub.

60-cı dəqiqədə fərqlənən Mettyu Leki "yaşıl qitə" təmsilçisini hesabda önə çıxarıb.

***

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Avstraliya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.

Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.