Bu yazıda çəkiliş zamanı həyatlarını itirən məşhur aktyorlardan bəhs olunur.
Paul Muntz
Cəsur yarışçı pilot, Hollivud filmlərinin kaskadyoru, hava Hücumundan Müdafiyə Qüvvələrində xidmət edən polkovnik Paul Muntz 1965-ci ilin iyul ayında məşhur "Feniksin uçuşu" filmi üzərində işləyərkən idarə etdiyi təyyarə bir təpəyə çırpılır. Qəza nətcəsində 61 yaşlı Paul həyatını itirir. İkinci pilotu ağır xəsarətlərlə xəstəxanaya aparılan zaman müayinə nəticəsində onun spirtli içki istifadə etdiyi məlum olur.
Merlin Monro
Dünyanı fəth edən Merlin Monro oynadığı rolları o qədər sevirdi ki, onun ölümü belə çəkiliş meydançasında oldu. Hadisə 1962-ci ildə "Bir şey olmalıdır" filminin çəkiliş meydançasında baş verir. Deyilənlərə görə, Merlinin ölümü həddindən artıq narkotik maddələrin istifadəsi nəticəsində baş verib.
Qeyd edək ki, onun oynadığı bu film yarımçıq qalaraq heç vaxt tamamlanmamışdır.
Con Erik Hexum
Bir çox qadınların sevimlisinə çevrilən məşhur aktyor Con Erik Hexum "Gizli fakt" serialının çəkiliş meydançasında bir ehtiyatsızlıq nəticəsində həyatını itirdi. 1984-c ildə odlu silahı özünə yönəldərək çəkiliş meydaçasında olan insanlar ilə zarafatlaşmaq istəyən aktyorun sonu heç də yaxşı olmadı. Gözlənilmədən silahdan açılan atəş aktyorun kəllə sümüyünü deşərək, qanaxmaya səbəb oldu. Onu xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmadı.
Brüs Li
Məşhur Hong Kong aktyoru, möhtəşəm döyüşlərin ustası və rejissoru Brüs Li 1973-cü ildə "Ölüm oyunu" filmi üzərində çalışırdı. Köşkün içərisində işləyərkən birdən Brüs Li yerə yıxıldı. Xəstəxanaya aparılan aktyora həkimlər meprobamat və aspirin olan bir tabletin istifadəsi fonunda inkişaf etmiş "beyin qanaxması " diaqnozunu qoydular. Məşhur aktyorun müəmmalı ölümündə bir çox qaranlıq məqamlar qalsa da, heç kim heç nəyi sübut edə bilmədi. Gəzən şayələrə görə, onun rəqibləri planaşdıraraq, aktyoru zəhərləyib. Lakin söylənilən fərziyələrdən heç birisi təsdiqlənmədi.
Brendon Li
Atası Brüs Li kimi çәkiliş meydançasında müəmmalı şəkildə nəticəsində həyatını itirən Brendon Linin cəmi 28 yaşı var idi. Onların hәyatında o qәdәr oxşarlıq olub ki, artıq insanlar bu olaylara mistik bir hadisә kimi baxmağa başlamışdılar. Həmin hadisə 1993-cü ilin ferval ayının 1-də aktyorun öz doğum günündә baş verir. Oynadığı filmin final səhnələrinin çəkilişi zaman aktyor Maykl Massi Brendona boş güllə ilə atәş açmalı idi. Lakin çəkiliş qrupunun bir səhvi nəticəsində aktyor yaralanır. Xəstəxaya çatdırılan aktyor 12 saatdan sonra kəskin qanaxma nəticəsində gözlərini həyata əbədi yumur. Hәkimlәrin dediyinә görә, hәtta o sağ qalsa idi belә, onurğa sümüyünün zәdәlәndiyinә görә ömrünün sonuna qәdәr әlil arabasına bağlı olacaqdı.
Con Ritter
2003-cü ilin payızında "Üç şirkətdir" filminin istedadlı aktyoru seriallardan birində rol aldı. Çəkilişlərdən birində Con şiddətli sinə ağrısı və ürək bulantısından şikayətlənməyə başladı. Bundan sonra huşunu itirən aktyor ürək tutmasından həyatını itirir.
Sergey Bodrov
Məşhur aktyor Sergey Bodrov 90-cı illər Rusiyasının simvolu sayılırdı. Təəssüf ki, gənc aktyorun ölümü də elə film çəkilişləri zamanı baş verir.2002-ci ilin iyulunda Sergey Bodrov ikinci rejissor işi (və təəssüf ki, son) olan “Rabitəçi” filminin çəkilişlərinə başlayır. Sentyabr ayında çəkiliş qrupu Qafqaza gəlir. Şimali Osetiyanın inzibati mərkəzi olan Vladiqafqazda həbsxana çəkilişləri çəkildikdən sonra filmin heyəti dağlıq bölgədə yerləşən Kormodon dərəsinə gedir. Burada baş qəhrəmanlardan birinin evə dönüş səhnəsi çəkilməli idi. Lakin 2002-ci il sentyabrın 20-si gecə saatlarında Kolka buzlağı çəkiliş qrupunun da düşərgə qurduğu Kormodon dərəsini 300 metr qalınlığında buz və daş layı ilə örtür. Bu bədbxt hadisə 120 nəfərin ölümünə və itkin düşməsinə səbəb olur.
Rəsmi məlumatlara görə, həmin hadisədə 19 nəfər həlak olub və 106 nəfər, o cümlədən “Rabitəçi” filminin 42 üzvü itkin düşüb. Təbii fəlakətin qurbanlarından biri 31 yaşlı Sergey Bodrov olur. Axtarış tədbirləri 2004-cü il mayın 7-nə qədər davam etsə də aktyorun cəsədi elə də aşkar olunmur.
Samirə Tağıyeva, “İki sahil”