01 dekabr 2022 13:12
568

Borrell Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Borrell bildirib.

Aİ-nin ali nümayəndəsinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü Polşada keçiriləcək ATƏT XİN Şurası iclası çərçivəsində baş tutacaq.