01 dekabr 2022 14:19
348

Şensnı Messiyə mərc təklif edib

Polşa millisinin qapıçısı Voyçex Şensnı DÇ-2022-nin qrup mərhələsinin sonuncu turunda Argentinaya qarşı matçda (0:2) penalti təyin olunduğu epizodla bağlı danışıb.

"İki sahil" "Ole" nəşrinə istinadən xəbər verir ki, o bildirib ki, həmin an 35 yaşlı hücumçuya penaltinin təyin olunmayacağı ilə bağlı mərc təklif edib: “Messi ilə nə danışdım? Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edirəm. Buna görə də Messi ilə mərcdə uduzdum. Bilmirəm, buna icazə verilib, yoxsa yox? Bəlkə də cərimələnəcəm. Mən ona pul vermək fikrində deyiləm. Messinin kifayət qədər pulu var".

Xatırladaq ki, 39-cu dəqiqədə Messinin yerinə yetirdiyi penaltini Şensnı dəf edib.