"Real"ın mətbuat xidməti Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun nümayəndələrinin oyunçunu kluba təklif etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, açıqlamada qeyd olunur: “Ronaldonun kluba mümkün transferini şərh etməyəcəyik. Çünki bu, şəxsi məlumatdır".
Xatırladaq ki, Ronaldo noyabrda "Mançester Yunayted"lə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. 37 yaşlı futbolçu 2009-2018-ci illərdə Madrid klubunda oynayıb.