"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq".
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.
“Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi bəzi ölkələrin səssizliyidir”, - dövlət başçısı qeyd edib.
Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracağını söyləyib: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Çünki terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur".
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib