Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş edəcəklər.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
Ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib