03 dekabr 2022 11:16
551

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir.

"Azəriqaz"dan “İki sahil”ə verilən məlumata görə, növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.