03 dekabr 2022 14:53
698

Azərbaycanın düzgün və məqsədyönlü siyasəti milli maraqlarımızı təmin edir

Son zamanlar təşkil edilən bir çox vacib əhəmiyyətli beynəlxalq platformalarda Azərbaycan uğurla təmsil olunur. Regionda ölkəmizin mövqeyi ilə razılaşdırılmadan heç bir qərar qəbul edilmir.  Cari ilin 25 noyabr tarixində Prezident İlham Əliyev  ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı etmişdir. Toxunulan mühüm məsələlər dünya mediasının, o cümlədən ərəb mediasının diqqət mərkəzində oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir”.

Hesab edirəm ki, əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - “geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”,  bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.

Bundan başqa qeyd edək ki, dəyişən və qloballaşan dünyada dövlətlərin mövqeyi də hər an dəyişə bilər. Ancaq, ölkə rəhbərliyinin apardığı uğurlu  və dayanıqlı xarici siyasət xətti ölkəmizi həm region, həm də dünyanın mühüm mövqeyə sahib ölkələrinə yaxın dost və prioritet əməkdaş mövqeyinə sahib olmağına səbəb olmuşdur. Bu konfransda onu bird aha sübut edir ki, artıq mövqelər dəyişmişdir. İştirakçılar tərəfindən verilən suallar və onları tam təmin edəcək cavablar onların və təmsil etdiklər dövlətlərin ölkəmizə qarşı olan mövqeyinin mühüm mövqeyini nümayiş etdirdi. Ölkəmiz yerləşdiyi regionun tək lideri olmadığını, həm də dünyanın digər güclü dövlətləri ilə bir çox sahədə rəqabət edəcək gücə sahibdir. Bu isə təbii ki, Azərbaycanın həyata keçirdiyi bənzərsiz xarici siyasətin nəticəsidir.

Əlirza Abdullayev

YAP Yevlax rayon Təşkilatının fəalı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Magistrantı