Rusiya ilə Azərbaycan arasında ali və yüksək səviyyədə müntəzəm etibarlı dialoq aparılır.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, bu il Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında altı görüş keçirilib, on telefon danışığı olub.
“Bu il 17-18 noyabr Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana ilk səfəri baş tutub. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında altı görüş və yeddi telefon danışığı olub”, - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB