04 dekabr 2022 16:48
460

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 1 min 849 test nəticəsində məlum olub ki, 47 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində dünyasını dəyişən virus daşıyıcısı olmayıb, 36 nəfər COVID-19 xəstəsi isə sağlamlığını bərpa edib.