06 dekabr 2022 14:20
680

Orqanizm üçün unikal meyvə

Rusiyanın biologiya elmləri namizədi Yekaterina Baranova “Rossiya 1” telekanalının “Ən vacibi haqqında” verilişində bananın insan sağlamlığı üçün faydalarından danışıb.

Həkimin sözlərinə görə, bananın tərkibində çoxlu kalium var.

"Bu, bizim üçün unikal meyvədir. O, əldə edilməsi çox çətin olan serotoninin istehsalını təşviq edə bilər", - deyə həkim bildirib.

Mütəxəssis bananın sinir sisteminin işləməsi üçün vacib olduğunu da xüsusi vurğulayıb.

Doktor Myasnikov da onun sözlərini təsdiq edərək bildirib ki, banan ürək sağlamlığına və qan təzyiqinin normallaşmasına faydalı təsir göstərən əla kalium mənbəyidir. Pəhrizində kifayət qədər kalium olan insanların insult və hipertoniya ilə qarşılaşma ehtimalı azdır. Bundan əlavə, banan ürək-damar sağlamlığı üçün faydalı olan flavonoidlərlə zəngindir.

"Hipertoniyanın qarşısını almaq üçün kalium lazımdır və hipertoniya həm insult, həm də infarkt üçün risk faktorudur. Banan çox faydalı bir meyvədir. Mən sizə onu xüsusilə gəzinti zamanı yeməyi məsləhət görürəm, lakin bütün günü yemək olmaz", - Aleksandr Myasnikov bildirib. Bundan əlavə, o qeyd edib ki, banan mədə yanması zamanı da yaxşı təsir göstərir.

Nubar Süleymanova, “İki sahil”