06 dekabr 2022 18:00
1317

Yayılan yanlış fikirləri təkzib etmək istəyirik - FOTO

Qəhvənın vətəni əslində Braziliya deyil

Qəhvə dünyada ən geniş yayılmış içkilərdən biridir. Müxtəlif yerlərdə və müxtəlif şəraitlərdə, səhər, yataqdan duranda, işdə, kafedə, işguzar görüşlərdə qəhvə içmək əksər insanlar tərəfindən vərdişə çevrilib. Hazırda bu içkinin bir çox növləri və hazırlanma qaydaları var. Qəhvənin vətəni Efiopiya sayılır. Deyilənə görə, bir monastırın rahibi keçilərinin qəhvə ağaclarının meyvələrini yedikdən sonra  onların enerjili olduqlarını müşahidə edib. Rahib  bu barədə digər rahiblərə danışanda hamısı meyvədən dadmaq qərarına gəliblər. Şayiələr bütün dünyaya yayıldıqdan sonra köçərilər  Efiopidayadan onu Yəmənə gətirərək  becərməyə başladılar.

 Alma piroqu ABŞ-a aid deyil

Alma piroqu ABŞ-ın qeyri-rəsmi simvollarından biridir. İngilis dilində "as American as apple pie" yeni tərcümədə “alma piroqu qədər amerikalı‎” ifadəsi "tipik amerikalı" mənasında işlədilir.

Yemək İngiltərədə yaransa da, lakin onun reseptinin Fransız, Hollandiya və Osmanlı mətbəxindən götürüldüyü  güman edilir. Alma piroqunun ilk  resepti Samuel Peggin “Forme of Curry”nin yemək kitabında yer almışdı. Həmin resept  təxminən  14-cü əsrə aiddir.

Bu piroqun resepti  1796-cı ildə  Amelia Simmons tərəfindən nəşr olunan  “American Cookery”də kulinar kitabında çap olduqdan sonra daha da məşhurlaşdı. Zaman keçdikcə “alma piroqu ” ifadəsi Amerikada bir brendə çevrildi.

Kiril əlifbasının yaradıcıları  ruslar deyil

Bu əlifba  keçmiş Sovet İttifaqında 100-dən artıq xalqın əlifbasının tərtib olunmasında istifadə edilmişdir. Hazırda Rusiyada yaşayan əksər xalqlar və müstəqillik qazanmış bəzi keçmiş Sovet respublikaları bu əlifbadan istifadə etməkdədirlər.

Kiril  əlifbası rus mədəniyyəti ilə  bağlı olsa da, əslində bu əlifbanın yaradıcıları Romada yaşayan  iki qardaş Kiril və Mifodiy qardaşlarıdır. Əlifba Preslavda missioner qardaşlarının işlədiyi məşhur ədəbi məktəbdə hazırlanıb.  Bu 885-ci ildə Pliskada I Boris tərəfindən qurulan ilk ədəbi məktəb idi. 893-cü ildə o, Böyük Şimeon Borisin oğlu tərəfindən Birinci Bolqar Krallığının paytaxtı Preslav şəhərinə köçürüldü. Ehtimal olunur ki, qardaşların yaratdığı bu  əlifba davamçıları tərəfindən məşhurlaşdı. Bu günə qədər bir sıra slavyan ölkələrində 24 mayda slavyan yazısı bayramı kimi  qeyd olunur.

Makaronun vətəni  İtaliya deyil

"Makaron" dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsrdə italyan taciri və səyyahı Marko Polo tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, italyanlar bu iddianı rədd edirlər. Çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280 illər arasında hökmdarlıq etmiş Sun xanədanlığı zamanında populyarlığı artıb, xüsusi makaron dükanlarının da açıldığı bilinməkdədir. Ancaq italyanlar, bir etrusk məzarının yanında olan makaron istehsalında istifadəsi ehtimal olunan alətlərə əsaslanaraq e.ə. VII-III əsrlər arasında yaşamış olan etrusk tayfalarının makaronu kəşf etdiyini iddia edirlər. Etruskların da makaronun reseptini, o zamanlar müharibə vəziyyətində olduqları yunanların "laganon" dedikləri xəmirin lay vəziyyətində kəsilməsi ilə bişirilən yeməkdən aldıqları və "lazanya" adının da buradan gəldiyi fərz edilir. Dolayısı ilə Marko Polonun Çindən qayıtdığı zaman orada makaron yediyi haqqındakı söhbətləri, öz ölkəsində olan bu qidanı burada görməkdən hiss etdiyi çaşqınlıqla əlaqələndirirlər. Onsuz da Marko Polonun vaxtında yaşamış olan italiyalı Lakapone da Todi və Bokaççio kimi ədəbiyyatçıların əsərlərində makaron, lazanya və raviolidən bəhs edilir ki, bu da, o tarixdə İtaliyada bu məhsulun var olduğunu göstərir. Bundan başqa, 1200-cü illərdə Yaxın Şərqdə "rişta" və Hindistanda "sevika", ərəblərdə "itriyah" (hər üçü iplik mənasını verir) adlandırılan yeməklərin olduğu bizə məlumdur. Hətta "rişta" yeməyinin 1226-cı ildə yazılmış bir resepti də Bağdadda tapılmışdır. İtalyanların nazik uzun makaronlarına "spago"dan (ip) gələn spagetti adını vermələri də, bu şərq mənşəyi ehtimalını qüvvətləndirmişdir. Bu gün artıq bir makaron şəklini ifadə edən "makaroni" adı isə ilk zamanlarda bütün makaron növlərini qarşılamaq üçün istifadə olunan bir sözdür. Nə üçün bu sözün seçildiyinə dair bir çox fantastik hekayənin olmasına baxmayaraq, sözün dəqiq mənşəyi bilinmir. İtalyanlar makarona, xəmir mənasında olan "pasta" adını uyğun gördükləri halda biz, "makaron" terminini tərcih etmişik. Geniş miqdarda ilk makaron istehsalına XV əsrin əvvəllərində Napolidə başlanmış, lakin dayanıqlılıq əldə oluna bilmədiyi üçün müvəffəqiyyətsizliklə sona çatmışdır. Napolidə makaronun yaxşıca qurudulmasını və dayanıqlı olmasını təmin edəcək iqlim şərtlərinin kəşfi ilə, 1800-cü illərdə makaron sənayesi tam mənada yaranmağa başlamışdır.

”Fortune” peçenyelərinin vətini  Çin deyil

Fal peçenyelərinin haradan gəldiyini heç düşünmüsünüzmü? Çin restoranlarında onlar insanlara əlavə desert kimi təklif olunur. Bu peçenyeləri hər il  Çində  Yeni ili qabağı  supermarketlərdə  satılır. Lakin bir çoxları bilmir ki, əslində  bu kiçik sürpriz  peçenyelərin vətəni  əslində Yaponiyadır.

Kanagava Universitetinin folklor və tarix fakültəsinin məzunu 1980-ci ildə Nyu-Yorkda bir restoranda peçenyeni daddıqdan sonra bu sevimli şirniyyatın  mənşəyini öyrənməyə qərar verdi.  O, yalnız 1990-cı illərə qədər  Kyoto yaxınlığında müasir  fal peçenyelərinə  bənzəyən bir  şirniyyat  növünü kəşf etdi.

Bu gün Kyoto ətrafındakı xəmir dükanlarının pəncərələrində bu peçenyenin fotolarını tapa bilərsiniz. Onların tarixçəsi 1870-ci ilə aiddir. Bu qəlyanaltı "tsujiura senbei" adlanırdı və 19-cu əsrin əvvəllərində yapon mühacirlər tərəfindən ABŞ-a gətirilmişdi.  Sonra  məlum oldu ki,  xəmirin tərkibibə vanil  əvəzinə orijinal qara küncüt toxumu və miso əlavə olunub.

Məşhur musiqi alətinin tarixçəsi

Sən demə, Şotlandiyanın  milli musiqi aləti yalıyan tulumun  kökləri qədim Misirdədir.  O, zamanlar tulumun çantası əsasən qoyun dərisindən deyil, it dərisindən, borular isə ağacdan deyil, sümükdən hazırlanırdı. Bu alətin Misirdə istifadəsi ilə bağlı qeydlər eramızdan əvvəl 400-cü ilə aiddir.  Daha sonra musiqi aləti  qədim Romada məşhurlaşdı.  Ehtimal olunur ki, Romada  Avropaya gələrək burada da  məşhurlaşdı.Lakin  məhz  Şotlandlar bu aləti inkişaf etdirdilər və onu bütün dünyada tanıtdırdılar.

Kruasanın vətəni haradır?

Kimsə “kruasan” dedikdə  ağıla ilk növbədə  Fransa gəlsə də, əslində bu şirniyyat növünün vətəni Vyanadır. Bu aypara formalı şirniyyatlar əvvəlcə  “kipferl”  kimi tanınırdı. “Kipferl” adı ilk dəfə 13-cü əsrə aid olan bir şeirdə yer alıb.  Şeirdən məlum olub ki, bu ləzzət Milad bayramında Kral Leopola təqdim olunan şirniyyatlardan bri olub. 

Məşhur Avstriya əfsanələrindən birində deyilir ki, 1683-cü ildə Avstriyanın Osmanlı imperiyası üzərində qələbəsi şərəfinə kruasanlar  bayram yeməyi kimi məşhurlaşıb.  Onlar içinə badam və kərə yağı dolduraraq  onu türk bayrağının atributu sayılan  aypara formasında hazırlayırdılar. Lakin qeyd etmək lazımdır ki, fransızlar xüsusi reseptlərini  əlavə edərək kruasanın dadını daha da  gözəlləşdirdilər.

Samirə Tağıyeva, “İki sahil”