07 dekabr 2022 18:00
1833

 Mədə qıcqırmasını aradan götürən təbii vasitələr - FOTO

Mədə qıcqırması bir çoxlarını narahat edən problemlərdən biridir. Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır. Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır. Bu problemdən  qurtulmaq üçün aşağıfa qeyd etdiyimiz təbii  vasitələrdən istifadə etmək məsləhətdir.

Çobanyastığı çayı

Çobanyastığı çayı mədənin  turşuluğunu azaldaraq, onun  divarlarının iltihabını azaldır.  Bu çayı hazırlamaq üçün 2 – 3 çay qaşığı qurudulmuş çobanyastığını 1 stəkan isti suya əlavə edin və 15 dəqiqə dəmləyin. Gün ərzində 2 – 3 stəkan içdikdən sonra mütləq  faydasını görəcəksiniz.

Kartof şirəsi

Kartof şirəsi qıcqırmanı aradan qadıran təbii vasitələr sırasına daxildir.1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.
1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilməlidir.

Zəncəfil

“National Heartburn Alliance” tibbi təşkilatının mütəxəssisləri mədə qıcqırması  əleyhinə zəncəfilin çox effektiv olduğunu bildirirlər. Lakin, bu bitkini olduqca ehtiyatla istifadə etmək lazımdır.  Onun gündəlik  norması 2 – 4 qr. təşkil edir. Həmçinin,  müxtəlif zəncəfilli çaylar hazırlayıb  içmək, yaxud da ki, sadəcə zəncəfilin kökünü çeynəmək  də olar.

Soda

Sodanın  ta qədimdən bəri bu problemi aradan qaldırmaq üçün istifadəsi  geniş yayılmış üsuldur. 1 stəkan suya yarım çay qaşığı soda əlavə edib qarışdırın və için. Yanma ağrısı sizi tezliklə tərk edəcək. Soda qida turşuluğunu azaldaraq, yanma hissini aradan götürür.

Lakin ağrılar  mütəmadi olaraq baş verirsə, o zaman həkimə müraciət etmək mütləq vacibdir.

Samirə Tağıyeva, “İki sahil”