25 ildən artıq klinik təcrübəyə malik kardiocərrah Ceremi London ürək zəifliyini göstərə biləcək mühüm əlamətləri paylaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə “LADbible” paylaşım edib.
Həkim ürək sağlamlığını qorumaq istəyən insanların diqqət etməli olduğu üç simptomu vurğulayıb. Bunlar aşağıdakılardır:
Gəzinti zamanı təngnəfəslik - nəfəs darlığı hiss etmədən qısa bir məsafəni belə sakit şəkildə gəzə bilməmək
Uzanmış vəziyyətdə nəfəs almaqda çətinlik
Ayaqların şişməsi - aşağı ətraflarda maye toplanması, bu da ürəyin düzgün işləməməsi ilə bağlı ola bilər.
Onun sözlərinə görə, bu simptomlar müxtəlif ürək xəstəliklərinin əlaməti ola bilər.