“Məqsədimiz Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır”.
“İki sahil” xəbər verir ki, bunu Şuşa ərazisində sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən etiraz aksiyasının iştirakçılarından olan QHT fəalı Zəminə Zamanova deyib.
O qeyd edib ki, sülhməramlılar ermənilərin Azərbaycan ərazisində ekologiyaya zərər verəcək bütün hərəkətlərə dur deməlidirlər.
Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə QHT üzvlərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO