12 dekabr 2022 11:33
380

Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin (İA) avtomobilinə zərər yetirilib.

“İki sahil” xəbər verir ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.

Hazırda aksiya davam edir.