12 dekabr 2022 16:07
417

Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı- Türkiyə MN

Türkiyənin Milli Müdafiə Nazirliyi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

““Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatorəsini vəfatının 19-cu ildönümündə hörmət və ehtiramla yad edirik”.