Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Malta Respublikasının xarici işlər naziri İan Borq ilə görüşüb.
“İki sahil” xəbər verir ki, XİN-dən verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Malta arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji, investisiya və s. sahələr üzrə ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacib olduğu bildirilib. Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atdığı addımlar, post-münaqişə dövründə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Nazir Yan Borq, Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərlə yanaşı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. İki ölkə arasında siyasi dialoqun inkişafında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir Yan Borq, dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq