Tarif Şurasının səlahiyyətləri azaldılır.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.
Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir.
Qərara əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək.
İndiyə qədər tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq