"Beynəlxalq təşkilatlara inam azalıb.
Cənubi Qafqazda tarixi-memarlıq abidələrinə qarşı vəhşiliklər oldu. Amma UNESCO bu məsələ ilə ciddi məşğul olmadı".
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşü zamanı deyib.
O bildirib ki, ATƏT-in keçmiş Minsk qrupu da eyni şəkildə fəaliyyətsizliyi ilə seçilib: "Səfərlər oldu, amma nəticə üçün hansısa töhfə verilmədi. Həmçinin koronavirus pandemiyası dövründə Ümumdünya Səhiyyə Təşkilatı da səriştəsiz oldu. Beləliklə, beynəlxalq təşkilatlara inam azalıb".
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq