13 dekabr 2022 14:36
720

Müdafiə nazirinə yeni müavin təyin edildi

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu vəzifəyə gətirilən Aqil Qurbanov uzun müddət özəl sektorda fəaliyyət göstərib.

1986-cı il təvəllüdlü A.Qurbanov daha əvvəl “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.

O, daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub. 

Məlumat üçün bildirək ki, Aqil Qurbanov ötən gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyətinin tərkibində Fəxri xiyabanı ziyarət edib.