“Sizi Şuşa-Laçın yolundakı son vəziyyət, real vəziyyət barədə məlumatlandırmaq istəyirik. Çünki lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük”.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN-in inzibati binasında diplomatik korpusla görüş zamanı bildirib.
Hikmət Hacıyev deyib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resursları qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur.
“Biz Qızılbulaqda qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbərliyinə müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların Qızılbulaqda monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”. – Hikmət Hacıyev vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq