13 dekabr 2022 17:06
444

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

Bu barədə "İki sahil"ə Milli Məclisdən xəbər verilib.

Qeyd edilib ki, dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.