14 dekabr 2022 00:34
577

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri  Şuşa-Xankəndi yolunda etiraz aksiyasını davam etdirir.

“İki sahil” xəbər verir ki,  aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Aksiya ikinci gecədir fasiləsiz davam edir.

Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini səsləndirib, daha sonra milli musiqin sədası altında şüarlarını deyiblər.

Ekofəallar aksiyanı tələbləri yerinə yetənə qədər davam etdirmək niyyətindədir.