Azərbaycan ekoloqları və Azərbaycanın digər vətəndaşları öz ölkənin istənilən bölgəsinə sərbəst getmək imkanına malik olmalıdırlar.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə Azərbaycan QHT-lərinin davam edən etirazlarını şərh edərkən deyib.
“Təəssüf ki, bildiyimiz kimi, münaqişə və işğal illərində bu, bir çox hallarda, xüsusən də təhlükəsizlik baxımından praktiki olaraq mümkün deyildi. Azərbaycan QHT-lərinin ziyarət etmək istədikləri təbii sərvət mənbələrinin dəqiq yerini bilmirəm. Təbii ki, hüquqi nöqteyi-nəzərdən Azərbaycan QHT-lərinin Azərbaycan ərazisinin bu bölgələrinə getmək hüququ var”, - deyə keçmiş səfir bildirib.
M.Brayza hesab edir ki, uzunmüddətli perspektivdə Rusiya sülhməramlılarının Azərbaycanda olması ən yaxşı variant deyil.
“Lakin onlar indiyədək nisbətən konstruktiv rol oynayıblar, Gürcüstan və Moldova ilə müqayisədə daha konstruktiv rol oynayıblar”, o əlavə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq