“Regionda yeni reallıqlar yaranır”.
“İki sahil” xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.
O bildirib ki, enerji və nəqliyyat sahədinə əməkdaşlıqla bağlı mühüm addımlar atılır: “Azərbaycan, Türkmənistan və Türkiyə bu istiqamətdə çoxtərəfli və koordinasiyalı addımlar atır. Nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinin lazım olduğunu düşünürük".
Prezidentin sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə bundan sonra da əməkdaşlığı davam etdirəcəklər.
Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq