“Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.
“İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edib. 2024-cü ildə işğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının açılması nəzərdə tutulub”, - dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb