Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirib.
Dövlətimizin başçısı deyib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb.
“Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi beş dəfə artmışdır. Bu, rekord göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq