14 dekabr 2022 17:57
460

Çavuşoğlu: Azərbaycan-Türkiyə birgə təlimləri heç bir ölkəyə qarşı deyil

Azərbaycanla Türkiyə Şuşa bəyannaməsinin imzalanması ilə rəsmi olaraq müttəfiq oldular. İki ölkənin birgə hərbi təlimlər keçirməsi təbidir və hər hansı bir ölkəyə qarşı deyil.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq bildirib.

“Bu iki müttəfiq, qardaş ölkə arasında əməkdaşlığın təbii nəticəsidir. İstər birgə təlimlər, istər hərbi sənayesi və ya digər sahələrdəki əməkdaşlığımız davam edərək daha da güclənəcək”.