"Dinc ekoloji aksiya Laçın-Şuşa-Xankəndi yolunda 3-cü gündür davam edir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarlarla bağlı aksiya keçirilir! Ekoloji fəallar ölkəmizin təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər."
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda Şuşa yolunda davam edən aksiya bir daha sübut etdi ki, xalq milli məsələlərdə bir yumruq kimi birləşməyi hər zaman bacarır: "Bəli, QHT sektoru ilə media sektoru hazırda Qarabağda milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Vətəndaş cəmiyyəti milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır. Belə bir Vətən sevgisi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə düşmən qarşısında da əlavə güc verir və imkan vermir ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Erməni separatçıların və onlara havadarlıq edənlərin qarşısında Azərbaycan xalqı var!"
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq