“Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”.
"İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Türkmənistanda keçirilmiş görüş tarixi əhəmiyyət daşıyır: “Əlbəttə, biz bunu davam etdirəcəyik. Bu günkü görüşdə Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması məsələsinin detallarını hazırlamaq üçün işçi qrupun yaradılması barədə qərar qəbul etdik”.
Nazir söyləyib ki, Türkiyə, Azərbaycan və Türkmənistan ortaq dil, din, tarix və mədəniyyətə sahibdir: “Ölkələrimiz arasında güclü əlaqələr var”.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq